|
Hal-hazırda
Azərbaycanda İnternet şəbəkəsinə qoşulmanın ən geniş yayılmış növü
kommutasiyalı telefon xətti vasitəsilə həyata keçirilir. Optik-lifli
rabitə kanalları üzərində qurulmuş “Aztelekom.NET” provayder
şəbəkəsi telefon xətlərinin vasitəsilə ölkənin istənilən nöqtəsindən
İnternet şəbəkəsinə daha etibarlı və keyfiyyətli qoşulmanı təmin
edir.
Ustunlukləri:
-
Qoşulmanın sadəliyi
-
Respublikanın telefon
xətti olan istənilən bökgəsindən qoşulma imkanı
-
Aşağı qiymətlər
|
Biz Sizə İnternetə modemlə qoşulmanın müxtəlif tariflərini təklif
edirik. Siz bunlardan özünüz üçün daha əlverişli olanını
seçə bilərsiniz. |
|
Kartlar üzrə
qiymət cədvəli |
|
Kartın
nominalı |
Kartın qiyməti,
manat |
|
10 saat |
3 |
|
20 saat |
5.40 |
|
50 saat* |
10 |
|
100 saat* |
16 |
|
1 aylıq limitsiz
istifadə |
30 |
*50-və 100 saatlıq
kartları yükləyərkən Siz “Gecə” alternativ tarifindən istifadə edə
bilərsiniz və qaydalara əsasən 24.00-dan 7.00-dək İnternetdən pulsuz
istifadə edə bilərsiniz. Bu zaman kartın istifadə müddəti 1 ay
təşkil edir, vaxt bitdikdə kart bağlanılır və bu zaman balansınızda
qalan vaxt yeni kart yüklədiyiniz zaman onun üzərinə əlavə edilir.
Siz “Gecə” tarifindən istifadə etmək istəmirsinizsə o zaman Siz
“adi” tarifdən istifadə edə bilərsiniz. Bu zaman kartın istifadə
müddəti 1 il təşkil edir, lakin gecə saatları da gündüz saatları
kimi hesaba alınır.
|
Müqavilə ilə
qoşulmanın qiymət cədvəli |
|
Qoşulma vaxtı |
1 saatın qiyməti,
manat |
|
7:00 -dan 22:00 -dək |
0.30/saat |
|
22.00 -dan 7.00 -dək |
0.06/saat |
|
3 aylıq limitsiz
istifadə |
100 |
|
İstifadəçinin
qeydə alınması |
Pulsuz |
|
1 aylıq limitsiz
istifadə |
35 |
Müqavilə bağlayarkən,
Siz 20.000 manatdan az olmamaq şərti ilə istənilən məbləği öz
hesabınıza yatıra bilərsiniz və Sizin günün hansı vaxtında
qoşulmanızdan asılı olaraq bu məbləğdən avtomatik tutulacaq.
Məsələn, Siz hesabınıza 30.000 manat qoyub, evə gəlirsiniz və saat
8.00-dan 01.00-dək İnternetə qoşulmusunuz.
Bu zaman
hesabınızdan 3900 manat: saat 20:00-dan 22:00-dək 3000, 22:00-dan
01:00-dək isə 900 manat silinəcəkdir.
Gördüyünüz kimi hər şey çox sadədir.
|